Ərdoğan Bişkekdə elə qarşılandı ki... VİDEO

05.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Türkiyə prezidenti Ərdoğan Bişkekdə şahinlə qarşılanıb.

Milli.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə gedib.

Bişkek hava limanına enən Ərdoğan ənənəvi qırğız qonaqpərvərliyinə uyğun olaraq şahinlə qarşılanıb.

Şahinlə qarşılanma Qırğızıstan mədəniyyətində qonağa verilən hörməti və dəyəri simvollaşdırır. Şahin zadəganlıq və güc simvolu kimi xüsusi qonaqlar üçün şərəf əlaməti hesab olunur.

Bu qarşılanma ilə iki ölkə arasında mədəni əlaqələr də vurğulanıb.

Nərmin Mahmudova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью