Ərdoğan BMT də Netanyahuya ad çəkmədən mesaj verdi

25.09.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı İsrail Baş naziri Benyamin Netanyahunun adını çəkməməsi diqqət çəkib.

Sherg.az xəbər verir ki, Türkiyəli ekspertlərin sözlərinə görə, Ərdoğan məsələni şəxsi qarşıdurma müstəvisindən çıxararaq Qəzza, beynəlxalq hüquq, BMT sisteminin fəaliyyətsizliyi və ədalət məsələlərinə yönəldib.

Ekspert Emete Gözügüzelli bildirib ki, bu yanaşma Netanyahu ilə Ərdoğan arasında polemika yaratmaq əvəzinə, problemin beynəlxalq sistem səviyyəsində müzakirəsinə imkan verib. Onun sözlərinə görə, beləliklə gündəmi kimin müəyyənləşdirdiyi ön plana çıxıb.

Digər ekspert Mehmet Seyfettin Erol isə Netanyahuya adla müraciət edilməməsini diplomatik “izolyasiya” kimi qiymətləndirib və bunun İsrail rəhbərinin beynəlxalq müstəvidə qarşılaşdığı təcridi göstərdiyini bildirib.

Qeyd olunur ki, Netanyahu isə çıxışı zamanı Ərdoğanı və Türkiyəni birbaşa hədəfə alıb. Onun çıxışı zamanı bir sıra ölkələrin nümayəndələri salonu tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью