Ərdoğan BMT İqlim Zirvəsində çıxış etdi

24.09.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Zirvəsində çıxış edib.

Dövlət başçısı bildirib ki, 2035-ci ilə qədər iqtisadiyyatda həyata keçiriləcək siyasətlər nəticəsində 466 milyon ton emissiyanın azaldılması və ümumi emissiyanın 643 milyon tona endirilməsi hədəflənir.

Ərdoğan vurğulayıb ki, bu il etibarilə ölkənin ümumi enerji qurulu gücündə bərpa olunan mənbələrin payı 60 faizi keçib.

Onun sözlərinə görə, 2053-cü il üçün “xalis sıfır emissiya” hədəfi çərçivəsində əsas sektorlarda çevrilmə prosesi davam etdiriləcək. 

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью