Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əhlatda keçirilən tədbirdə çıxış edib.
Turkustan.az xəbər verir ki, Türkiyənin terrorizmdən azad ölkəyə çevrilməsi istiqamətində həyata keçirilən prosesdən danışaraq, bu addımlardan narahat olan qüvvələrə mesaj göndərib.
Ərdoğan bildirib ki, Türkiyənin qarşısına qoyduğu məqsədlərdən geri çəkilməsi mümkün deyil.
“Bunun kimləri narahat etdiyini və kimlərin bundan təşvişə düşdüyünü bilirik. Nə etsəniz də, bizi yolumuzdan döndərə bilməzsiniz”, – Ərdoğan deyib.
Türkiyə Prezidenti İsrailin Suriyadakı hücumlarına da toxunub. O, bölgədəki proseslərlə bağlı sərt mesajlar verib:
“Bölgəmizə uzanan çirkli əlləri çox yaxşı bilirik. Hər kəsin öz gündəliyi varsa, bizim də öz gündəliyimiz və planımız var. Ən əsası isə Uca Allahın bir planı var. Bu plan qalib gələcək. Qan tacirləri uduzacaq, soyqırım törədənlər uduzacaq. Qardaşlıq, sülh və sabitlik qalib gələcək”.
Ərdoğan çıxışında Türkiyənin gələcəyinə dair nikbin fikirlər də səsləndirib və “Böyük və qüdrətli türk millətinin şəfəqi açıldı. Gələcəyimiz və üfüqlərimiz açıqdır”, – deyə bildirib.
Prezident çıxışının əvvəlində Əhlatda olmaqdan məmnunluğunu ifadə edib, Bitlis və ətraf rayonların sakinlərinə, eləcə də Türkiyənin 81 vilayətində yaşayan vətəndaşlara salamlarını çatdırıb.
Ərdoğan Türkiyənin tarixi və milli birliyinə diqqət çəkərək, ölkədəki “min illik qardaşlığın və həmrəyliyin” qorunmasının vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az