Ərdoğan bu futbolçu üçün xahiş etdi FOTO

04.02.2026

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Türkiyənin “Fənərbaxça” klubu Fransa yığma komandasının üzvü NGolo Kanteni heyətinə qatıb.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” “Əl-İttihad”ın ulduzunu almaq üçün Prezident Rəcəb Tayyip Ərdoğandan kömək istəyib. Türkiyənin dövlət başçısı Səudiyyə Ərəbistanına səfəri zamanı NGolo Kanteninin transferi üçün şəxsən xahiş edib. Bundan sonra qaradərili yarımmüdafiəçinin “Fənərbaxça”ya keçidi baş tutub.

“Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saran dəstəyə görə ölkə başçısına təşəkkür edib. “Fənərbaxça” azarkeşləri də prezidentin bu jestini alqışlayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью