Ərdoğan bu gün Kiprə gedəcək

20.07.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 51-ci ildönümü münasibətilə keçiriləcək mərasimlərdə iştirak etmək üçün bu gün Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək.

Gununsesi.info xəbər verir ki, Ərdoğanın səfər çərçivəsində Kipr prezidenti Ersin Tatarla görüşəcəyi, Türkiyənin dəstəyi ilə həyata keçirilən bəzi layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı planlaşdırılır.

Həmçinin Prezident Ərdoğan 20 İyul Sülh və Azadlıq Günü Rəsmi Mərasimində çıxış edəcək.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью