Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək

03.12.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, toplantı Beştəpədə keçiriləcək.

Bildirilir ki, iclasda əsas müzakirə mövzusu Suriyada baş verən hadisələr olacaq.

Qeyd olunub ki, bundan əlavə toplantıda 40 “Eurofighter Typhoon” döyüş təyyarəsinin alınması və Türkiyənin F-35 proqramına daxil edilməsi də müzakirə mövzusu olacaq.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью