Ərdoğan: Bu il FETÖyə qarşı 4 902, İŞİDə qarşı 1 399 əməliyyat icra etdik

31.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ildə Türkiyə FETÖ-yə qarşı 4 902, İŞİD terror təşkilatına qarşı 1 399 əməliyyat keçirib.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı sosial şəbəkə hesablarında paylaşımında qeyd edib.

Prezident vurğulayıb ki, Türkiyə terrorun maliyyələşdirilməsinə qarşı yönəlmiş əməliyyatlarda 76 milyon 506 min lirə ələ keçirib.

Ərdoğan əlavə edib ki, Türkiyədə Kahramanmaraş zəlzələsindən təsirlənən 11 vilayətdə 201 min 688 yaşayış və iş yerinin tikintisi tamamlanıb.

Prezident paylaşımında Türkiyəyə qanunsuz girişlərin qarşısını almaq üçün İranla sərhəddə 552 kilometrlik xəndək qazıldığını da vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью