Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Qəzzada artıq başa düşürlər ki, HƏMAS yolu uğursuzluğa düçar olub.
Axar.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb.
“Baş nazir Benyamin Netanyahu ilə birlikdə həyata keçirdiyim siyasət aydın prinsipə əsaslanır: cihadçı terror təşkilatları qarşısında İsrail onların ərazilərini, infrastrukturlarını, rəhbərlərini və yenidən güclənmək imkanlarını əllərindən almalıdır.
HƏMAS bu gün strateji baxımdan ağır vəziyyətlə üz-üzədir. İsrail təhlükəsizlik məqsədlərini başa çatdırmaq və 7 oktyabr təhlükəsinin bir daha təkrarlanmamasını təmin etmək üçün fəaliyyətini davam etdirəcək.
Biz İrandakı Fələstin Korpusunun rəhbərlərini zərərsizləşdirmişik. İranın və ya hər hansı digər tərəfin HƏMAS-ı yenidən silahlandırmasına imkan verməyəcəyik. Əgər Ərdoğan Qəzzadakı öz qardaşlarına - eyni düşüncə və yola sahib insanlara kömək etmək istəyirsə, onları Antalyaya köçməyə dəvət etsin. İsrailli turistlərin olmaması səbəbindən orada kifayət qədər yer boşalıb. Ərdoğan Qəzzaya ayaq basa bilməyəcək”, - o qeyd edib.