Ərdoğan: Bunun siyasi şantaj vasitəsinə çevrilməsinə də icazə vermərik

23.11.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“Dünya və Türkiyə dəyişdikcə cəmiyyətin gözləntiləri də dəyişəcək və bunlar siyasi institutların gündəminə gələcək. Lakin silah və zorakılıq aradan qalxdıqca bir çox məsələmizin həlli daha da asanlaşacaq”.

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında səsləndirib .

Onun sözlərinə görə, xalqı təmsil etmək vəzifəsi daşıyan hər kəs anlamalıdır ki, sıxılmış yumruqlarla demokratik siyasət yürütmək olmaz:

“Siyasətdə qaydaları pozmaq, körpüləri yandırmaq olmaz. Siyasətin mahiyyəti dialoq, danışıqlar və qarşılıqlı razılaşma şəraitində rəqabətdir. İlk gündən mövqeyimiz bəllidir. Kim töhfə vermək istəsə, kim bizə həll yolu təklif etsə, bunu məmnuniyyətlə qarşılayarıq.

Xüsusilə də “Terrorsuz Türkiyə” prosesini mümkün qədər geniş siyasi və ictimai razılaşma əsasında irəlilətmək niyyətindəyik. Lakin belə bir məsələnin siyasi şantaj vasitəsinə çevrilməsinə də icazə vermərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью