Ərdoğan bütün nazirləri iclasa topladı

23.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iki həftəlik fasilədən sonra toplanan Nazirlər Kabinetinin əsas müzakirə mövzusu iqtisadiyyat olacaq.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Beştəpədə keçirilən iclasda minimum əməkhaqqının artırılması, pensiyalarda gözlənilən artım və gündəmdə olan fond araşdırması müzakirə ediləcək.

Bundan əlavə, “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində görülən işlər, terror təşkilatının silahı yerə qoyması prosesi və təhlükəsizlik məsələləri qiymətləndiriləcək.

Xarici siyasət gündəliyində ABŞ-İran gərginliyi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, İsrailin Qəzza və Suriyaya hücumları, eləcə də Türkiyənin diplomatik təşəbbüsləri yer alacaq.

Kabinet üzvləri Antalya şəhərində keçirilən COP31 İqlim Sammitinin nəticələrini də müzakirə edəcəklər.

İclasdan sonra Prezident Ərdoğanın ictimaiyyətə müraciət edəcəyi gözlənilir. Xüsusilə pensiyaçılar minimum pensiya məbləği və mümkün əlavə artımlarla bağlı açıqlamaları gözləyirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью