Ərdoğan CHP li vəkili məhkəməyə verdi Təzminat tələb edir

22.05.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“Prezidentimizi hədəf alan əsassız və bayağı açıqlamalarına görə CHP-nin (Cümhuriyyət Xalq Partiyası – red.) İzmirdən olan millət vəkili Tuncay Özkan barəsində məhkəmə iddiası qaldırılıb və 250 min lirə (12 500 manat – red.) mənəvi təzminat tələb olunur”.
 Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında məlumat yayıb.
Aydın bildirib ki, Özkana qarşı Ankara Respublika Baş Prokurorluğuna “prezidenti təhqir etmək” ittihamı ilə də şikayət təqdim edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью