Ərdoğan COP31 də onun üzündən öpdü Video

11.11.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Antalyada keçirilən COP31 Liderlər Sammiti maraqlı anlarla yadda qalmağa davam edir.

Axar.az Savashmedia.az-a istinadla xəbər verir ki, belə maraqlı anlardan biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətər nümayəndə heyətini qarşıladığı an yaşanıb.

Belə ki, qarşılanma mərasimi zamanı boz kostyum geyinmiş bir gənc Ərdoğana yaxınlaşıb. Türkiyə Prezidenti gəncin üzünü iki əli ilə tutaraq yanaqlarından öpüb. O da Ərdoğanı qucaqlayaraq salamlaşmaya qarşılıq verib. Gəncin kimliyi marağa səbəb olub.

Sonradan məlum olub ki, Ərdoğanın səmimi şəkildə qucaqladığı gənc Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Saninin oğlu Şeyx Həməd bin Təmim bin Həməd əs-Sanidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью