Ərdoğan COP31 də yekun razılığın əldə olunmamasına münasibət bildirib

23.11.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-21 noyabr tarixlərində Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransında (COP31) yekun razılığın əldə olunmamasına münasibət bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğanın sözlərinə görə, konfrans çərçivəsində iqlim dəyişikliyi ilə bağlı müxtəlif mövzuları əhatə edən 46 qərar yekdilliklə qəbul edilib.

O qeyd edib ki, son gün ölkələrin konstruktiv mövqe nümayiş etdirərək, yekun qərar üzərində razılığa gəlməsi daha yaxşı olardı. Bununla belə, Türkiyə Prezidenti hər bir halda növbəti danışıqlar üçün çox dəyərli zəminin formalaşdığını vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью