Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Türklər çox güclü bir millətdir və onların çox güclü ordusu var".
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnaslistlərə müsahibəsi zamanı deyib.
O bildirib ki, başda Türkiyə, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olmaqla bir çox fərqli müsəlman ölkələri Qəzzada atəşkəsin qüvvəyə minməsi üçün əhəmiyyətli töhfələr verdi.
"Türkiyə Qəzzada atəşkəsin əldə edilməsi səylərində çox böyük rol oynadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fantastik idi və o çox hörmətli şəxsdir”, - deyə Tramp vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az