Ərdoğan da Melonini təbrik etdi

04.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin “ən uzun müddət vəzifədə qalan Baş naziri” titulunu qazanan İtaliyanın Baş naziri Ciorcia Melonini təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ərdoğan paylaşımında Meloniyə xoş arzularını çatdıraraq iki ölkə arasındakı münasibətlərə diqqət çəkib:

“İtaliya Respublikasının “ən uzun müddət vəzifədə qalan Baş naziri” titulunu qazanan hörmətli Ciorcia Melonini ürəkdən təbrik edirəm. Hörmətli Ciorcia Meloni ilə ölkələrimiz arasındakı əməkdaşlıq və həmrəyliyi hər keçən gün daha da möhkəmləndirəcəyimizə səmimi qəlbdən inanıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью