Ərdoğan da ŞƏT in Zirvə toplantısında iştirak edəcək

31.08.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 26-cı Dövlət Başçıları Zirvə toplantısında iştirak edəcək.

Redaktor.az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində 31 avqust - 1 sentyabr tarixlərində keçiriləcək toplantıda beynəlxalq əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə tədbirə qatılacaq.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında məlumat yayıb.

Duranın açıqlamasına görə, Ərdoğan sentyabrın 1-də genişləndirilmiş formatda keçiriləcək Zirvə toplantısında çıxış edəcək.

Zirvə çərçivəsində Türkiyə Prezidenti digər ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

Görüşlər zamanı regional və qlobal gündəlikdə duran məsələlərin müzakirə ediləcəyi bildirilib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью