Ərdoğan Denis Zvizdiçi qəbul edib

28.01.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Bosniya və Herseqovina Parlamentinin Nümayəndələr Palatasının sədri Denis Zvizdiç ilə görüşüb.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “ahaber.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, Prezident Kompleksində baş tutan qəbul mətbuata qapalı olub. Görüşdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью