Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Fənərbağça”nın prezidenti Sadəddin Saran fransız futbolçu Nqolo Kantenin transferi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Gununsesi.info xəbər verir ki, açıqlamada ölkə başçısının 34 yaşlı ulduz oyunçunun Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan keçidinə görə göstərdiyi dəstək vurğulanıb.
“Klubumuz, dünya futbolunun önəmli simalarından Nqolo Kantenin transfer prosesini uğurla başa çatdırıb. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana, həm “Fənərbağça”mızın, həm də Türkiyə futbolunun inkişafına töhfə verəcək bu prosesin müsbət şəkildə nəticələnməsində göstərdiyi önəmli dəstəyə görə, öz adım və klubum adından təşəkkür edirəm”, – məktubda qeyd olunub.
Qeyd edək ki, “sarı-lacivertlilər” fransız futbolçu ilə 2,5 illik müqavilə imzalayıb.