Ərdoğan: “Dostum Donald Trampı təbrik edirəm” Yeni Sabah

06.11.2024

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Yenisabah.az “Daily Sabah”aistinadla xəbər verir ki, o həm Ukrayna, həm də Yaxın Şərq münaqişələrini həllinə ümid etdiyini qeyd edib.

Ərdoğan bildirib: “ABŞ-da keçirilən prezident seçkilərində böyük mübarizədən sonra qalib gələn və ABŞ-ın prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm”.

Türkiyə liderinin sözlərinə görə, o, Trampın prezidentliyi dövründə "Türkiyə və ABŞ münasibətlərini gücləndirəcək; regional və qlobal böhranlar və müharibələr, xüsusilə Fələstin böhranı və Rusiya-Ukrayna müharibəsi başa çatacağını" gözləyir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью