Ərdoğan: Dostum Trampı təbrik edirəm

06.11.2024

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin prezidenti seçilən Donald Trampı təbrik edib.

Bu barədə o, özünün sosial media hesabında yazıb.

"ABŞ-da böyük mübarizədən sonra prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm", - o qeyd edib.

"Yeni dövrdə Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyini və Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional və qlobal böhranların və müharibələrin sona çatacağını ümid edirik. Daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram. Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq", - Ərdoğan əlavə edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью