Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Türkiyədən Yəməndəki husi üsyançı hərəkatına qarşı hərbi əməliyyatlara qoşulmağı xahiş edə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Mən bunu edə bilərəm. Bildiyiniz kimi, o, mənim yaxşı dostumdur və mən də bunu edə bilərəm. Türkiyə Prezidentinə böyük hörmətim var. Düşünürəm ki, Prezident Ərdoğan mənim xahişimi yerinə yetirəcək. Ona böyük hörmətim var", - deyə Tramp bildirib.