Ərdoğan: Dünəndən Türkiyə terrorla mübarizəsində yeni mərhələyə başlayıb

28.02.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə terrorla mübarizədə yeni mərhələyə başlayıb.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal7"nin yaradılmasınn 30-cu ildönümündə çıxışı zamanı deyib.

O bildirib ki, yeni mərhələ fevralın 27-dən etibarən başlayıb.

Ərdoğan Türkiyənin terrorçuluğa qarşı mübarizədə qətiyyətli olduğunu, amma bəzilərinin rəsmi Ankaranın bu hədəfinin reallaşmasına mane olduğunu söyləyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə imperialist güclərin planlarına qarşı mübarizə aparır.

Qeyd edək ki, PKK terorr təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də təşkilat üzvlərini tərk-silaha çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью