Ərdoğan Əkrəm İmamoğluna ilişdi : Əkrəm əfəndi, bunları sübut et...

07.02.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Prezident Ərdoğanın lideri AK Partiyanın İstanbul 8-ci növbədənkənar qurultayında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna replika atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu saxtakarlıqda ittiham edib: "Gələrkən yolda reklam lövhələri gördüm, guya İstanbulu yeni mənzillərlə təmin ediblər. Bununla nə demək istəyirsən? Guya 23 ildə edə bilmədiklərimizi bunlar 5 ildə ediblər. Əkrəm əfəndi, bunları sübut et görək... O zaman gör, Ərdoğan nələr edib. Bizim əməllərimizin çatdığı yerlərə sənin arzuların da çata bilməz..."

Lamiyə Əhmədli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью