Ərdoğan əlini öpən deputata 200 lirə verdi Yeni Çağ Media

10.01.2025

Icma.az bildirir, Yenicag portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) şəhər konqreslərini hıyata keçirmək üçün bölgələri gəzir.

Yenicag.az xəbər verir ki, Ərdoğan bu gün Aydın şəhərinə gedib.

Burada tərəfdarlarına səslənən Ərdoğan daha sonra uşaqlarla bir araya gəlib. O, əlini öpən uşaqlara cibxərcliyi verib.

Bu zaman maraqlı hadisə yaşanıb. Belə ki, Aydından deputat seçilmiş Səda Sarıbaş da Ərdoğanın əlini öpüb. Prezident təəccüblənsə də, deputata da 200 lorə xərclik verib. Bu, ətrafdakıların gülüşünə səbəb olub.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью