Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

21.10.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib.
Yeniavaz.com
xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşünə dəvət edib.
Qeyd edək ki, TDT-nin 13-cü Zirvə Görüşü 29-30 oktyabr tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью