Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısında çıxış edib və təşkilatla əməkdaşlığın genişləndirilməsinin Türkiyə üçün əhəmiyyətli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Ərdoğan ŞƏT-i “yüksələn ulduz” kimi qiymətləndirərək, Türkiyənin təşkilatla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu deyib.
Türkiyə Prezidenti münaqişələrin həllində dialoqun vacibliyini vurğulayıb:
“Biz münaqişələri dialoq yolu ilə həll etməyə çalışırıq. Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni tamamlayır”.
Ərdoğan iqlim dəyişikliyi, qeyri-qanuni miqrasiya, terrorizm və ərzaq təhlükəsizliyinin bir çox ölkə üçün ciddi təhdidlər yaratdığını bildirib. O, iqlim dəyişikliyi ilə mübarizədə Türkiyənin öz töhfəsini verəcəyini qeyd edib.
Türkiyə lideri Səudiyyə Ərəbistanı və Pakistanla yaradılan Məkkə Alyansının da regional və qlobal sülhə töhfə verəcəyini bildirib.
Qəzza və Livandakı vəziyyətə də toxunan Ərdoğan İsrailin hücumlarını tənqid edib:
“İsrailin onlarla insanı öldürdüyü Qəzza və Livanı unutmamalıyıq. Bütün region bu təcavüzkar siyasətin bədəlini ödəyir”.
Aytən Yaşar/ Turkustan.az