Ərdoğan ƏrRiyad səfərindən sonra Bakıya gələcək

11.11.2024

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT” məlumat yayıb.
Məlumata görə, Ərdoğan sammitdə İsrailin qırğınlarını dayandırmaq və daimi sülhə nail olmaq üçün atılması lazım olan addımları bir daha dilə gətirəcək.
Həmçinin, Ərdoğanın bir çox liderlərlə ikitərəfli görüş keçirəcəyi gözlənilir.
Telekanalın məlumatına görə, Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra Azərbaycana gedəcək və COP29-da iştirak edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью