Ərdoğan ƏrRiyada gedib, oradan Azərbaycana gələcək

11.11.2024

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb.

“Report” xəbər verir ki, iclas Yaxın Şərqdəki gərginliyin azaldılması üçün nəzərdə tutulub.

Ərdoğanın toplantı çərçivəsində bir çox liderlə görüşü gözlənilir.

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью