Ərdoğan: Əsədə görüş təklif etdik, müsbət cavab almadıq

06.12.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra gündəmlə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, bu barədə "hurriyet" məlumat verib.

Prezident Ərdoğanın çıxışında: “İdlib, Həma, Humus və hədəf təbii Şamdır. Müxalifətin bu yürüşü davam edir. Ümid edirik ki, Suriyadakı bu yürüş insidentsiz və problemsiz davam edəcək. Terror təşkilatlarına qarşı müqavimət davam edərkən biz Əsədə çağırış etdik. “Suriyanın gələcəyini birlikdə təyin edək” dedik.

müsbət cavab almadıq”, - deyə bildirib.

“Bu olanları təbii ki, biz də istəmirik. Bölgə problem içindədir. O, dünən Livandan görüş istəyib. İnşallah görüşərik. Beyrutda hər şey məhv edildi. Dünyanın susduğu dövrdə yardımlarımızı davam etdirəcəyik.

Dünən bütün dünyanın iştirak etdiyi BMT-nin tədbirində Quterreşlə görüşüm oldu. Hər cür səy göstərəcəklərini bildirdilər. Bölgədə atəşkəsi necə davam etdirə bilərik ki, BMT yeganə çıxış yoludur”, - deyə prezident bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью