Ərdoğan Əsədə yol göstərdi

05.12.2024

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreşlə telefonla danışıb.

Onlar regional və qlobal məsələləri, o cümlədən Suriyadakı prosesləri müzakirə ediblər.

Ərdoğan Türkiyə üçün Suriyanın sabit yaşaması və mülki itkilər verməməsinin əsas məsələ olduğunu deyib.

O, hazırkı mərhələdə Suriya rejiminin hərtərəfli siyasi həll üçün öz xalqı ilə təmasının vacibliyini qeyd edib, Türkiyənin gərginliyin azaldılması, mülki əhalinin qorunması üçün səy göstərdiyini vurğulayıb. \\Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью