Icma.az, Reyting.az saytına istinadən bildirir.
Türkiyə İsrailin fələstin xalqına qarşı cinayət əməlləri ilə mübarizəni davam etdirəcək.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Mövlud ən-Nəbi” həftəsi proqramının açılışında çıxışı zamanı danışıb.
“Biz Fələstində baş verənlər, qəddar və qaniçən Netanyahunun hərəkətləri qarşısında səssiz qala bilmərik”, – deyə Türkiyə lideri vurğulayıb. Dövlət başçısı silahlı münaqişələrdən və təbii fəlakətlərdən əziyyət çəkən İslam dünyası ölkələri ilə Türkiyənin həmrəy olduğunu bir daha ifadə edib.
E. KAMAL