Ərdoğan Fənərbağça komandasını qəbul etdi

30.05.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan basketbol üzrə Avroliqada 2024-2025-ci illər mövsümünün qalibi olan “Fənərbağça" komandasını qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, Basketbol Federasiyasının prezidenti Hidayət Türkoğlu, İstanbul təmsilçisinin rəhbəri Ali Koç, basketbolçular və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, "Fənərbağça" həlledici matçda Fransa “Monako”sunu 81:70 hesabı ilə üstələyərək turnirin qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью