Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
FETÖ terror təşkilatına qarşı mübarizə qruplaşma tamamilə məhv edilənə qədər davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu NSosyal media platformasında hərbi çevriliş cəhdinin dəf edilməsinin 10-cu ildönümü və 15 iyul Demokratiya və Milli Birlik Günü münasibətilə yazıb.
Dövlət başçısı vurğulayıb ki, hakimiyyət “xain şəbəkə” tamamilə məhv edilənə qədər mübarizəsini dayandırmayacaq. Ərdoğan bildirib ki, “FETÖ tamamilə məhv edilənə və bu xain şəbəkənin hər cür formada olan kökləri qoparılana qədər mübarizəmizin davam edəcəyinə heç kim şübhə etməsin”.
Prezident 2016-cı il iyulun 15-i gecəsi baş verən hadisələri xatırladaraq, Türkiyə xalqının misli görünməmiş birlik nümayiş etdirdiyini və ölkə tarixində qəhrəmanlıq səhifəsi yazdığını qeyd edib: “On il əvvəl, 15 iyul gecəsi biz vahid bir millət olaraq böyük bir dastan yazdıq. Həmin gecə, formalarını satan FETÖ terrorçuları, andlarına sadiq qalan və formalarının şərəfini qoruyan cəsur əsgərlər, eləcə də bütün təhlükəsizlik qüvvələrinin - jandarma, polis, xüsusi təyinatlı qüvvələr və kəşfiyyatın üzvləri - əllərində bayraqlar, dodaqlarında dualar və ürəklərində Türkiyə sevgisi ilə küçələrə çıxan milyonlarla vətəndaşımızla birlikdə üsyançıların məqsədlərinə çatmasının qarşısını aldılar. Bu gün bir daha hamısına minnətdarlığımı bildirirəm”.
P.ƏMİRCANOV
XQ