Ərdoğan G20 Liderlər Zirvəsində iştirak edəcək

16.11.2024

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün 18-19 noyabr tarixlərində Braziliyaya səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, dünya ticarətinin 75 faizinə nəzarət edən G20 ölkələrinin liderləri hər il illik qiymətləndirmələr aparırlar.

Bu il 19-cu dəfə 18-19 noyabr tarixlərində keçiriləcək sammitə Braziliyanın Rio de Janeyro şəhəri ev sahibliyi edəcək.

Görüşlərdə ticarət, davamlı inkişaf, səhiyyə, kənd təsərrüfatı, enerji, ətraf mühit və iqlim dəyişikliyi mövzuları müzakirə olunacaq. 

Ərdoğan Rio-de-Janeyroda bir çox ikitərəfli görüşlər də keçirəcək.

Ərdoğanın görüşlərdə İsrailin Qəzzada davam edən hücumlara diqqət çəkəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью