Ərdoğan G20 sammitində iştirak edəcək

16.11.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 noyabr 2024-cü il tarixlərində Rio-de-Janeyroda keçiriləcək G20 liderlərinin 19-cu sammitində iştirak etmək üçün Braziliyaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, sammit çərçivəsində prezident G20 liderleri, eləcə də digər dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью