Ərdoğan Gürcüstan üzərindən uçarkən həmkarına mesaj göndərdi

03.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan hava məkanını keçərkən gürcü həmkarı Mixeil Kavelaşviliyə səmimi salamlarını və ən xoş arzularını çatdırıb.

Oxu.Az-ın "1tv.ge" nəşrinə istinadən xəbərinə görə, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat verib.

"Zati-aliləri, Cənubi Koreyaya gedərkən Gürcüstan hava məkanından keçdiyim zaman istərdim ki, şəxsən Zati-alilərinizə, eləcə də ölkənizə öz adımdan və nümayəndə heyətim adından ən səmimi salamlarımı çatdırım. Fürsətdən istifadə edərək, bir daha qəti şəkildə əminliyimi təsdiqləyirəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, əməkdaşlıq davam edəcək, möhkəmlənəcək və gələcəkdə inkişaf edəcək. Zati-alilərinizə möhkəm cansağlığı və xoşbəxtlik, dostcanlı Gürcüstan xalqına isə uzunmüddətli sülh, tərəqqi və rifah arzulayıram", - deyə Ərdoğanın təbrikində deyilir.

Gürcüstan Prezident Administrasiyasının məlumatına əsasən, M.Kavelaşvili türkiyəli həmkarına xoş arzularına görə təşəkkür edib.

Bildirib ki, qonşu ölkələr olaraq Gürcüstan və Türkiyəni uzunmüddətli münasibətlər və regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi üzrə ortaq məsuliyyət birləşdirir.

Gürcüstanın dövlət başçısı iki ölkə xalqları arasındakı dostluğun gələcəkdə də davam edəcəyinə, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью