Ərdoğan Gürcüstana dəmir yolunun tikintisinə başlandığını açıqlayıb

06.01.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Ərdoğan Gürcüstana dəmir yolunun tikintisinə başlandığını açıqlayıb


Samsun-Trabzon-Sarpi Yüksək sürətli dəmir yolu xətti layihəsi Ankara, Qara dəniz regionu və Gürcüstan arasında dəmir yolu daşımalarını təmin edəcək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin hakim partiyasının Rizə şəhərində keçirilən qurultayında bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, bu layihə həyata keçirildikdən sonra Ordu, Giresun, Trabzon, Rizə və Artvin şəhərləri Samsundan başlayan sürətli qatar xətti ilə birləşdiriləcək.
Ötən ilin sonunda məlum olub ki, Türkiyə hökuməti Samsun-Sarpini birləşdirən dəmir yolunun tikintisinə başlayır. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 509 kilometrlik Samsun-Sarpi dəmir yolunun 10 milyon insana xidmət göstərəcəyini bildirib.
Yaxın vaxtlarda dəmir yolunun tikintisinə başlanılması planlaşdırılır.
Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью