Icma.az bildirir, Axar.az portalına istinadən.
Türkiyənin neo-osmanlı ambisiyalarından danışmaq cəfəngiyatdır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri Tom Barrak deyib.
“Türkiyədə İsrailin Venesiyadan Dubaya qədər uzanmaq istədiyini deyirlər. İsraildə isə Ərdoğanın Osmanlı imperiyasını bərpa etməyə çalışdığını bildirirlər. Bu, cəfəngiyatdır”, - o bildirib.
Diplomat İsrailin Baş naziri Benyamin Netanyahu ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında real normallaşma ehtimalını görür:
“Bu da Qafqazdan Aralıq dənizinə gedən ticarət yollarını dəyişdirə və İran dəhlizlərindən asılılığı azalda bilər”.