Ərdoğan HƏMAS la İsrail arasında atəşkəsin imzalanmasında əməyi keçən ölkələrə təşəkkür edib

16.01.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Qətər və Misir başda olmaqla HƏMAS-la İsrail arasında atəşkəsin imzalanmasında əməyi keçən vasitəçi ölkələrə təşəkkür edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, Monqolustan Prezidenti ilə birgə mətbuat konfransı zamanı bildirib.

Ərdoğan, atəşkəsə rəğmən İsrailin hücumları davam etdirməsinin mövcud narahatlığı artırdığını da qeyd edib.

Onun sözlərinə görə, İsrailin atəşkəsi pozmasına icazə verilməməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью