Ərdoğan həmin toplantıya qatılacaqmı?

14.02.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fevralın 19-da ABŞ-da keçirilməsi planlaşdırılan Qəzza “Sülh Şurası”nın ilk liderlər toplantısında Rəcəb Tayyib Ərdoğanın iştirak məsələsinin yaxın günlərdə bəlli olacağı gözlənilir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat verib.

Onun sözlərinə görə, Ramazan ayının ilk gününə təsadüf edən görüşlə bağlı hələlik dəqiq məlumat yoxdur.

Ərdoğanın toplantıda iştirakı məsələsi isə yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью