Ərdoğan hökuməti toplayır Azərbaycan səfəri… KONKRET

09.11.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək.

KONKRET.az nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarla təqaüdçünü maraqlandıran pensiya artımları olacağı gözlənilir.

Toplantıda ictimaiyyətin diqqət mərkəzində olan investisiya fondu ilə bağlı araşdırmanın son vəziyyəti də müzakirə ediləcək.

Nazirlər Kabinetinin digər mühüm gündəm mövzusu isə “Terrorsuz Türkiyə” prosesi olacaq. Prosesin hazırkı mərhələsi, Türkiyə Böyük Millət Məclisində fəaliyyət göstərən komissiyanın işi və terror təşkilatının silahı yerə qoyması ilə bağlı son durum təhlükəsizlik qurumlarından alınacaq məlumatlar əsasında müzakirə olunacaq.

Xarici siyasət gündəmində ABŞ ilə İran arasında artan gərginliyin və regionda baş verən son hadisələrin də yer alacağı gözlənilir. Türkiyənin diplomatik təşəbbüsləri, eləcə də regional proseslərin ölkəyə və bütövlükdə bölgəyə mümkün təsirləri qiymətləndiriləcək.

Bundan başqa, prezident Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə ölkəmizə səfərinin nəticələri də hökumətin iclasında müzakirə olunacaq.

Eyni zamanda, Türkiyənin ev sahibliyi etdiyi və Antalyada keçirilən COP31 İqlim Sammiti ilə bağlı hazırlıqlar, qarşıya qoyulan hədəflər və növbəti mərhələdə həyata keçiriləcək tədbirlərin yol xəritəsi də diqqət mərkəzində olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью