Ərdoğan hökuməti toplayır: Gündəlikdə S 400 məsələsi də var

29.07.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, toplantıda "Terrorsuz Türkiyə" prosesindəki son vəziyyət, ilin ikinci yarısı üçün iqtisadi “yol xəritəsi”, təhlükəsizlik, xarici siyasət, enerji, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə, Körfəzdəki son hadisələr müzakirə olunacaq. 

Hökumətin iclasında eyni zamanda Türkiyə-ABŞ münasibətləri, o cümlədən F-35 qırıcı təyyarələrinin Ankaraya çatdırılması və bir neçə il əvvəl Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin başqa ölkəyə satılması ilə bağlı son durumun da nəzərdən keçirilməsi gözlənilir.

Toplantı başa çatandan sonra R.T.Ərdoğanın qəbul edilən qərarlar və gündəmdəki mövzularla bağlı ictimaiyyətə açıqlama verməsi gözlənilir.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью