Ərdoğan İBB yə qarşı aparılan cinayət işindən danışdı

30.03.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı cinayət şəbəkəsinin miqyası araşdırma dərinləşdikcə ortaya çıxacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaqla bağlı danışarkən deyib.

O, araşdırmaların davam etdiyini və istintaq irəlilədikcə bələdiyyə daxilində fəaliyyət göstərən cinayət şəbəkəsinin miqyasının daha aydın şəkildə ortaya çıxacağını bildirib.

“Araşdırma irəlilədikcə və dərinləşdikcə bələdiyyəni ahtapot kimi saran cinayət təşkilatının qollarının haralara uzandığı əlbəttə ki, aşkara çıxacaq”, – deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı müxtəlif ittihamlar irəli sürülüb və hüquq-mühafizə orqanları bununla bağlı araşdırmalar aparır. İstintaqın detalları hələ tam açıqlanmasa da, Ərdoğan bu məsələnin ciddi şəkildə araşdırıldığını və məsuliyyət daşıyan şəxslərin ortaya çıxarılacağını bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью