Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Hüriyyet” qəzetinin köşə yazarı Fatih Çekirge BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) səbəbilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Azərbaycana səfərə gəlib.
Publika.az xəbər verir ki, jurnalistin Bakı səfəri zamanı ona “Xarı Bülbül” yaxa nişanı hədiyyə edilib.
Bu hədiyyədən duyğulanan yazar səfər təəssüratlarını "Hürriyyet" oxucuları ilə bölüşüb: “Rəcəb Tayyib Ərdoğanla getdiyimiz Azərbaycanda belə bir sürprizlə qarşılaşdım.
Bu, karyeramın bütün illərində heç vaxt yaşamadığım emosional duyğudur. Qürur, sürpriz, xoşbəxtlik... Hamısı bir yerdə.
İqlim sammiti üçün buradayıq. Bakıda dünyanın müxtəlif ölkələrindən 70 minə yaxın ziyarətçi var. Otellər doludur.
Bizi Xəzər dənizinin sahilində, hələ tikilməkdə olan nəhəng ərazidə salınmış tətil şəhərciyinə aparırlar. Möhtəşəm bir təşkilatçılıq.
Qalacağım otelə gəlirəm. Müxtəlif ölkələrdən jurnalistlər, nümayəndə heyətləri, rəsmilər gözləyir.