Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

18.08.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ankara, 18 avqust, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, habelə regional və qlobal proseslər müzakirə olunub.

Prezident Ərdoğan İranla ABŞ arasındakı gərginlikdə diplomatiyadan maksimum dərəcədə istifadə etməyin vacibliyini, danışıqların davam edəcəyinə ümidvar olduğunu söyləyib.

Türkiyə dövlətinin başçısı rəsmi Ankaranın sülh səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Prezident Ərdoğan, həmçinin Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə imzaladığı Birgə Müdafiə Sazişinin regional sabitlik və təhlükəsizliyin təmin edilməsi baxımından “güclü mövqe” nümayiş etdirdiyini bildirib.

Yaxın Şərqdə cərəyan edən proseslərə diqqət çəkən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə davamlı sülhü və Qəzza zolağının yenidən qurulması istiqamətində atılan addımları dəstəkləməyə davam edəcəyini deyib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью