Ərdoğan İlham Əliyevə minnətdarlığını bildirib

07.10.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

“Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısı münasibətilə burada, köklü tariximizin izlərini daşıyan görkəmli şəhər Qəbələdə olmaqdan çox məmnunam”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında çıxış edən zaman deyib.

“Mən hörmətli qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevə müstəsna qonaqpərvərliyinə görə minnətdarlığımı bildirir və ona prezidentlik müddətində müstəsna uğurlar arzulayıram”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, hazırda Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısı davam edir.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью