Ərdoğan ilk təşəkkürü Azərbaycana etdi

06.02.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda zəlzələnin iki illiyinə həsr olunmuş mərasimdə təbii fəlakət zamanı edilən yardımlarla bağlı Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq", - Ərdoğan azərbaycanlı səfirə mükafatı təqdim edərkən deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью