Ərdoğan İmamoğluna görə nazirləri toplayır

24.03.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə Nazirlər Kabinetinin iclasına sədrlik edəcək.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, iclasda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla, 91 şübhəlinin saxlanıldığı istintaq və hüquqi proseslər müzakirə olunacaq.

Bundan başqa, “Terrorsuz Türkiyə” məqsədi istiqamətində terrorla mübarizə əməliyyatlarının davam etdirilməsi də Nazirlər Kabinetinin gündəmində olacaq.

Həmçinin fevralın 27-də İmralıdan gələn çağırışdan sonra PKK-nın atəşkəs elan etməsi, lakin gözlənilən tərk-silahla bağlı addım atmaması da müzakirə mövzuları arasındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью