Ərdoğan İmamoğlunun məhkəməsinin televiziyada canlı yayımlanmasını istəyib

09.07.2025

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun məhkəmə prosesinin TRT-də yayımlanması təklifinə dəstək verib.

Sitat.info xəbər verir ki, o, bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) qrup toplantısında deyib.

Prezident MHP sədri Dövlət Baxçalının səsləndirdiyi fikri müsbət qiymətləndirib:

“Əgər Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl bir təşəbbüsdür. İnşallah xeyirli olar".

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью